pasinyan aqressiv

Əgər biz məsələnin məzmununu dərindən anlamasaq, səhvlərə yol vermiş olarıq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” cümləsinin erməni millət vəkillərinin ciddi narazılığına səbəb olması haqda danışarkən deyib.

O bununla Azərbaycanın ərazi bütövlüyünü tanımamağın fəsadlara səbəb olacağına eyham vurub.

“Səsləndirilən fikirləri dinləyirəm və hörmətlə yanaşıram. Adətən məni səhv başa düşürlər, bu dəfə də vəziyyətin belə olması istisna deyil. Amma mənim qiymətləndirmələrim tam aydındır. Burada xəyanətlə bağlı heç nə yoxdur”, – N.Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: