Azərbaycanın ərazi bütövlüyünü tanımaq qanunvericiliyimizə uyğundur – Paşinyan

“Alma-Ata Bəyannaməsi 1991-92-ci illərdən bəri Ermənistan qanunvericiliyinin tərkib hissəsi olub və olmaqda davam edir, bunu yeni bir şey kimi göstərmək doğru deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasını təsdiq edən bəyannamənin ictimaiyyətdə fərqli təqdim olunduğunu bildirib:

“Yəni burada qeyri-adi heç nə yoxdur, biz öz qanunvericilimizə istinad etmişik. 14 mayda Azərbaycanla qarşılıqlı şəkildə ərazi bütövlüyümüzü tanıdığımıza dair imzaladığımız razılaşma Ermənistanın Alma-Ata Bəyannaməsini imzaladığı zamandakı siyasi xəttinə uyğundur. Bu bəyannaməni şeytanlaşdırmaq çox təhlükəlidir, çünki Ermənistan Respublikası və digər postsovet dövlətləri həmin bəyannamə ilə de-yure və de-fakto müstəqillik əldə ediblər”.

Ayşən Mustafa 

Globalinfo.az