Azərbaycanı xəritədə tapa bilməyənlər… – Siyavuş Novruzov

“Bu gün ata-anasını tanımayanlar, Azərbaycanı xəritədə tapa bilməyən ABŞ konqresmenləri bir sıra şəxslərin adını çəkir, sanksiya tətbiq edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin mayın 7-də keçirilən iclasında deyib.

“Bir sıra hakimlərin, fərqli şəxslərin adlarını çəkirlər, sanksiyaların tətbiqindən danışırlar. Heç burda oturanların çoxu o şəxslərin adlarını bilmirlər. Sadəcə hakimləri təyin etdiyimiz üçün onların adını bilirik”, – qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az