Xəzərdə zəlzələ oldu – YENİLƏNİB

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

***15:31

Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda bildirilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub.

***15:07

Lənkəranda zəlzələ olub.

Globalinfo.az bildirir ki, yeraltı təkan yerli vaxtla 15:00-da qeydə alınıb.

Təkanlar 3 bal gücündə hiss olunub.