Azərbaycanda zəlzələ oldu

Noyabrın 13-də İsmayıllı seysmoloji stansiyasından 4 kilometr şimalda – İsmayıllı rayonunda zəlzələ baş verib.

Bu barədə Globalinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.