Bakıdakı yeni binalarla bağlı mənfi dinamika – Ekspert açıqladı

“Türkiyədə baş verən zəlzələdən sonra tikinti şirkətlərimizdə satış aktivliyi az da olsa düşəcək. Artıq müəyyən qədər düşüb. Hazırda yeni tikilən binalarda satış 20-30 faiz azalıb”. 
Globalinfo.az “Kaspi” qəzetinə istinadən xəbər verir ki, bunu əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov deyib.
“Belə məlumatlar yayılıb ki, binaların dayanıqlılığı yoxlanılacaq. Bu proses başlayarsa, həmin ərəfədə satış ciddi şəkildə düşəcək. İnşaat materiallarının qiyməti arta bilər. Amma daşınmaz əmlak qiymətlərinin artmasını heç gözləmirəm”, deyə ekspert bildirib.9