Azərbaycanda “yastıq altında” 15 milyard manat aşkarlandı – Şok statistika

“Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub:

“Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.

“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür.

Vüqar Bayramov

Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.

Globalinfo.az