Azərbaycanda ŞOK HADİSƏ – Qusardan oğurladıqları şəxsi “Melissa Park”da saxladılar

Azərbaycanda adam oğurluğu və hədə-qorxu ilə tələbetmə kimi cinayətlərdə şübhəli bilinən dəstə üzvləri həbs edilib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, dəstə üzvləri ötən ilin yanvar ayında Qusarda yaşayan 30 yaşlı Rafael Ağcayevin (soadlar şərtidir) oğurlanaraq Bakya gətirilməsi və paytaxtda girov saxlanılmasında təqsirli bilinib.

Belə ki, bir müddət əvvəl Türkiyədə yaşayan və Azərbaycanda onlayn narkotik satışı şəbəkəsi qurmuş Anar Xəlilzadə adlı şəxs internet vasitəsilə Bakıda yaşayan dostu Sübhana adam oğurluğu sifarişi verib. Belə ki, A.Xəlilzadə Qusarda yaşayan Rafaelin ona məxsus bank kartlarından külli miqdarda pul çıxarıb geri qaytarmadığını bildirib və Sübhandan həmin pulları geri almasını, əvəzinə də vəsaitin bir hissəsini ona verəcəyini deyib.

Bundan sonra yanvarın 3-də Sübhan Elcan və Seymur adlı şəxslərlə avtomobillə Qusara yollanıb. Qusarda onları Azad adlı şəxs qarşılayıb və onun vasitəsilə Rafaeli taparaq maşına əyləşdiriblər.

Onlar Rafaeli Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən və Sübhanın kirayə yaşadığı “Melissa Park”dakı mənzilə gətirərək 1 sutka ərzində giro saxlayıblar və döyərək Anarın pullarını verməsini tələb ediblər. Bakıda Sübhanın keçmiş həbsxana dostu olan İslam da onlara qoşulub və Rafaelə işgəncələr verib.

Bundan sonra Azad Qusarda Rafaelin nənəsindən 3 min manat alıb, həmçinin Rafael BMW markalı avtomobilini onlara verməyə razılaşıb. Azad Qusardan Rafaelə məxsus avtomobili evakuatorla Bakıya göndərib. Dəstə üzvləri girov saxladıqları şəxsin daha 30 min manat verməsini bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisə A.Xəlilzadənin onlayın narkotik satışı üçün başqa şəxslərin adına açdırdığı kartlardan xeyli pulun götürülməsinə görə baş verib. Məlum olub ki, pulları Rafael yox, onun vasitəsilə Azadın tanış olduğu Edvik adlı Qusar sakini götürüb. O, Anara verilən kartın daha sonra dublikatını çıxararaq vəsaitləri başqa hesaba ötürərək ələ keçirib.

Həmçinin Azadla Rafaelin də dost olması məlum olub. Belə ki, Azad cinayətkar dəstəyə Rafaelin yaxşı maddi imkanının olmasını bildirərək ondan yaxşı pul almağın mümkün olduğunu deyib.

Dəstə üzvləri polis tərəfindəna xtarldığını bildikdən sonra hərəsi bir rayona qaçıb. Dəstənin əsas rəhbəri olan Sübhan Ağayev doğulduğu Bərdə rayonunda qəbiristanlığın yaxınlığında ələ keçib.

Həmin vaxt onun üzərindən “Makarov” markalı tapança da aşkar edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sübhan və dostu İslama 9 il, qrupun digər üzvləri olan Azad, Elcan və Seymurun hər birinə isə 8 il yarım azadlıqdan məhrumetmə cəzası verilib.