Azərbaycanda mənzillər bahalaşıb

Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin Yanvar – Dekabr ayları üzrə Pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar da yer alıb.

Globalinfo.az-ın Marja.az-a istinadən verdiyi xəbərə görə, icmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövünə nəzərən 8% artıb.

Qiymət indeksi ilkin mənzil bazarında 7.2%, təkrar mənzil bazarında isə 8% yüksəlib.