Azərbaycanda iş yerini dəyişən bu şəxslər kompensasiya alacaq

Nazirlər Kabineti “Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”ni təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, maliyyələşdirmə məsələləri Dövlət Gömrük Komitəsinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vəzifəli şəxslərə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödəniləcək:

– Bakı şəhərində – 150 manat;

– Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;

– başqa şəhər və rayon mərkəzlərində – 75 manat;

– digər yaşayış məntəqələrində – 55 manat.

Qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödəniləcək.