“Azərbaycana təslim ediləcək kəndlər hərbi bazaya çevriləcək” – Ohanyan

“NATO Baş katibinin regiona səfəri Rusiyaya qarşı ikinci cəbhənin açılması zərurətindən irəli gəlir”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Ermənistan hakimiyyəti qərbyönlü olduğunu göstərməyə çalışır Bu mənada Stoltenberqin səfərinin məqsədi region ölkələrini NATO-nun tərəfinə çəkməkdir. Lakin onlar faktiki olaraq Ermənistanı başqa ölkələrin maraqlarının toqquşduğu döyüş meydanına çevirirlər. Bu siyasət regiona sülh gətirməyəcək”, – Ohanyan deyib.

Ohanyanın fikrincə, Ermənistan hakimiyyəti xalqı aldadır, sülhlə bağlı yalan tezislər irəli sürür və ölkəni yeni müharibəyə sürükləyir.

“Bu gedişlə Ermənistan parçalanmasa belə, onun ətrafındakı halqanın daraldığını görəcəyik. Tavuş kəndlərinin təslim edilməsindən sonra Ermənistanın sərhədləri ilə bağlı vəziyyət daha da çətinləşəcək. Lori rayonu sərhəd bölgəsinə çevriləcək. Təslim ediləcək o kəndlər hərbi bazaya çevriləcək”, – deyə Ohanyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az