Azərbaycana göndərilən zəhərli maddə dəhşət saçdı – FOTOLAR

Azərbaycana kimyəvi maddə gətirən yük avtomobilində sızma olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə Boluda magistral yolda baş verib. Orxan M. idarə etdiyi yük avtomobilinə Azərbaycana gətirmək üçün Yalovada kimyəvi maddə yükləyib. O, həmin maddəni sızdığını hiss edərək, avtomobili Yumrukaya kəndinin girişində saxlayıb və dərhal xilasediciləri çağırıb.

Azərbaycana aparılan kimyəvi maddənin beton tikinti sahələrində istifadə olunan və təhlükəli kateqoriyaya aid olan natrium alüminat olduğunu öyrənən qruplar yük maşınının ətrafında təhlükəsizlik tədbirləri görüb.

Kimyəvi maddənin torpağa qarışdıqda yanmasının və zəhərli təsirinin azaldığı müəyyən edilib. Buna görə də texnika ilə TIR-ın yanında xəndək qazılıb və əraziyə yük maşınları ilə qum tökülüb.

Kimyəvi maddənin nə qədər əraziyə təsir etdiyi və ətraf mühitə vura biləcəyi zərər müəyyən edildikdən sonra şirkət rəhbərliyinə qarşı tədbir görüləcəyi bildirilib.