ermenistan 12

Ermənistanın Kadastr Komitəsinin sədr müavini Arman Petrosyan jurnalistlərə Ermənistanda daşınmaz əmlaka sahib olan Azərbaycan və Türkiyə vətəndaşları barədə danışıb.

Globalinfo.az Oxu24.com-a  istinadən xəbər  verir  ki, onun sözlərinə görə, Azərbaycan və Türkiyə vətəndaşlarının iştirakı ilə aparılan daşınmaz əmlak əməliyyatlarının faizi azdır. “Türkiyə vətəndaşlarının sayı  100-dən az, Azərbaycan vətəndaşlarında isə ondan azdır. Onlar milliyyətcə azərbaycanlı deyillər”, – Petrosyan bildirib.

Ermənistanda qeydiyyatda olan 450 min mənzil var. Türkiyə vətəndaşlarının, məsələn, 50 mənzili varsa, bu “təhlükəsizlik baxımından heç bir narahatlıq yaratmır”, deyə  Petrosyan  qeyd edib.

Paylaş: