quterres

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quttereş bu gün Baş Assambleyanın 80-cı sessiyası zamanı bildirib.

Baş katib dünyada davam edən silahlı münaqişələrə, o cümlədən zorakılığa və Qəzza zolağında ilhaq təhlükəsinə son qoymağa çağırıb.

“Hər yerdə – Haitidən Yəmənə, Myanmaya, Sahelə və onun hüdudlarından kənarda – biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Ötən il bizə ümid işartıları gətirdi: məsələn, Kamboca və Tailand arasında atəşkəs və ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş. Lakin çox sayda böhran nəzarətsiz qalır”, – baş katib vurğulayıb.

Paylaş: