Azərbaycan sumoçuları Estoniyada 1 qızıl, 2 gümüş medal qazandı

 

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, onlardan biri qızıl, ikisi gümüş mükafata yiyələnib.

Xəyyam Abdullayev (77 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kiloqram) və Sadiq Ağamaliyev (115 kiloqram) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub.