Azərbaycanla sülh bu tarixdə imzalana bilər – Paşinyan elan etdi

 

“Əgər razılaşma əldə edilsə, iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

“Bizim vəzifəmiz danışıqları tez başa çatdırıb, sülh sənədini imzalamaqdır. Bu istiqamətdə dayanmadan çalışırıq. Amma mayın 25-i Moskvada keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanması qeyri-realdır”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az