bn 1

Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan Globalinfo.az-a bildirilib ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.

Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Bir mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs, kütlə və mətn şəkili ola bilərBir kütlə və mətn şəkili ola bilərBir bunu deyən yazı "!SEF REGENERON PHOENIX2026 SOCIETYFORSCIENCE SOCIETYFO FOR SCIENCE APROGRAMO SOCIET PHOENIX 2026 ISEF APROGRAMOF REGENERON SOCIETY PHOENIX PHOENIX|2026 FOR SCIENCE 2026" şəkili ola bilər

Paylaş: