Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı qeyd olunub.
Dövlət başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.