Paşinyan Rusiyaya gedəcək? – Peskovdan açıqlama

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında KTMT sammitindən əvvəl telefon danışığı planlaşdırılmır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Paşinyanın Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, – o qeyd edib.

Onun sözlərinə görə, hamı dəvətlidir.

“Sammit hələ baş tutmayıb. Bildiyimə görə, Paşinyan Minskə getmir”, – Peskov bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.