neft 112

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,37 ABŞ dolları və ya 5,8 % azalaraq 102,73 ABŞ dolları təşkil edib.

Əvvəlki ticarət sessiyasında “Azeri Light” markalı neftin bir bareli 109,10 ABŞ dollarına satılıb.

Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Paylaş: