Azərbaycan kubokunun finalı Xankəndidə olacaq?

Azərbaycan kubokuna sponsor tapa bilməmişik. Amma axtarışlarımız davam edir.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ölkə kubokunun püşkatma mərasimində deyib.

Funksioner turnirin final matçının Xankəndidə keçirilmə ehtimalına da aydınlıq gətirib:

“Bu barədə bir söz deyə bilmərik. Hələ qərar verməmişik. Finalın yeri yanvarda bilinəcək”.