6a6c5f21b0e936a6c5f21b0e9417854871376a6c5f21b0e906a6c5f21b0e92

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, sözügedən məktubda Maore Komitəsi Fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və Dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.

“Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparmış, böyük itkilər və qurbanlar vermişlər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və “Fransanın suverenliyi” adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?” – məktubda bildirilib. Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunmuşdur. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır”, – məktubda bildirilib.

Məktubda vurğulanıb ki, “Fransanın Dənizaşırı əraziləri” adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur: “Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər vardır. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir. Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin “özünün” Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlmişdir. Qəmər adalarında milli azadlıq uğrunda aparılmış uzunmüddətli mübarizə 22 dekabr 1974-cü il tarixində öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu”.

Məktubda həmçinin qeyd olunub ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır: “Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib. Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyəyə çatması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir. Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz. Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, Dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir”.

6a6c5f217738c6a6c5f217738d17854871376a6c5f21773886a6c5f217738a

Paylaş: