Azərbaycan-Çexiya Birgə Komissiyasının iclası keçirildi – FOTOLAR

Praqada İqtisadi Əməkdaşlıq, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Azərbaycan və Çexiya Birgə Komissiyasının iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Martın 2-3-də keçirilən Birgə Komissiyanın beşinci iclasında iştirak edən Çexiya nümayəndə heyətinə bu ölkənin sənaye və ticarət nazirinin müavini Petr Treşnak, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edib.

Səfirliyin verdiyi məlumata görə, bu il iclasın əsas gündəliyində biznes və investisiya əməkdaşlığı, ekoloji texnologiyalar və enerji məsələləri olub.