Azərbaycan bayrağı Xankəndidə bu ünvanda – FOTO

Xankəndidə ermənilərin “məşhur” abidəsinin üzərinə Azərbaycan bayrağı asılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov paylaşım edib.

Görüntülərdə “Biz və bizim dağlar” adlanan abidənin üzərində Azərbaycan bayrağının asıldığı, Araz İmanovun isə onun qarşısında dayandığı əks olunur.

Qeyd edək ki, sentyabrın 29-u səhər saatlarında Azərbaycan polisinin sözügedən abidənin qarşısında dayandığını əks etdirən görüntülər yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az