Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni müraciət təqdim edib.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
“Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik”-deyə o bildirib.