Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq – İlham Əliyev

Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

“Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”, – Azərbaycan dövlət başçısı vurğulayıb.