16:49
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
ATU-nun Mətbuat katibi Günel Aslanova APA-ya deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:
“Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
***
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə Globalinfo.az-a ATU-dan bildirilib.
***
“Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.
***
“Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun həmkarı İlkin Həsəni məlumat verib.
O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
Xəbər yenilənəcək…
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, aktyor bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, A.Baxşəliyev uzun müddət idi böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox “Ağsaqqal” obrazı ilə sevilib.