Azarkeşləri “Neftçi”ni bu qədər ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Globalinfo.az bildirir ki, Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXVI turunda və Azərbaycan kubokunun finalında yaşananlara hüquqi qiymət verilib.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Səbail” klubu 3200 manat cərimə edilib.

Azərbaycam Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimələnib.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

Azərbaycan Kubokunun finalı – “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə “Neftçi” klubu 1600 manat cərimə olunub.

Azərbaycan Kubokunun finalı – “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə “Neftçi” klubu 4000 manat cərimələnib.

Ümumilikdə, “Neftçi” 5600, “Səbail” 4800, “Şamaxı” isə 800 manat məbləğində cərimələniblər.