Ermənistan-Türkiyə matçındakı avtoqol haqda tarixi məqam – FOTO

Ötən gün baş tutan Ermənistan-Türkiyə matçında Ozan Kabakın vurduğu avtoqol iki yığma arasında keçirilən matçlarda tarixi önəm daşıyır.

Globalinfo.az xəbər verir ki, bu, Ermənistanın futbol tarixində Türkiyə millisinin qapısına vurduğu ilk qol kimi  qeydə alınıb.

Daha əvvəl keçirilən qarşılaşmalarda Türkiyə millisi qol buraxmadan qalib gəlmişdi.

Qeyd edək ki, ötən gün keçirilən matç Türkiyə millisinin 1-2 hesablı qələbəsi ilə yekunlaşıb.