Azarkeş qalmaqalı: partiyalar arasında mübahisə qızışır

Türkiyə Məmləkət Partiyasının sədri Məhərrəm İncə sosial şəbəkədə paylaşım edərək ölkədə futbol oyunlarının azarkeşsiz keçirilməsilə bağlı fikirlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o sözügedən təklifin qəbuledilməz olduğunu deyib.

“Türkiyə Futbol Federasiyası rəhbərliyinə xəbərdarlıq edirəm. Futbol matçlarını azarkeşsiz keçirməyi ağlınıza belə gətirməyin. Futbolu siyasətin oyuncağına çevirməyin”, – M.İncə yazıb.

Qeyd edək ki, son vaxtlar Türkiyə Super Liqasında keçirilən oyunlarda azarkeşlər hökumətə qarşı istefa şüarları səsləndiriblər. Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə bunu “şüursuzluq” adlandıraraq, növbəti oyunların azarkeşsiz keçirilməsini təklif edib.

Ayşən Mustafa
Globalinfo.az