AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldıldı – VİDEO

azal

Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə simvolik memorial yaradılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.