“Ayxan” marketdən açıqlama: “İşimiz davam edir”

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzinə məxsus depoda yanğın baş verib. Ümumi sahəsi 2 min kvadratmetr olan bu obyektdə xeyli məhsul yanaraq məhv olub.

“Ayxan” marketdən Globalinfo.az-a daxil olan məlumatda bildirilib ki, yanğın obyektin iş fəaliyyətinə təsir göstərməyib.

“Ticarət obyektinin fəaliyətində heç bir axsama müşahidə olunmur. Obyekt əvvəlki qaydada vətəndaşlara xidmətini davam etdirir.
Yanan ərazi yardımçı depodur. Buna görə də ticarət mərkəzində bütün istiqamətlər üzrə fəaliyyət əvvəlki qaydada davam edir”, – deyə məlumatda qeyd edilib.