Ayvazyandan KTMT açıqlaması: “Səhvlərə yol verildi”

“KTMT öz öhdəliklərini yerinə yetirməyib, bunun obyektiv və subyektiv səbəbləri var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

O, KTMT-nin fərqli geosiyasi şəraitdə – soyuq müharibə başa çatdıqdan sonra yaradıldığını xatırladıb.

“KTMT daxilindəki qərarlar həmin təşkilatın konkret üzvləri ilə ikitərəfli münasibətlərdən asılıdır. Bu münasibətdə səhvlərə yol verildi. Bu həm də ona gətirib çıxardı ki, KTMT səmərəsiz fəaliyyətə başladı. İndi tamam başqa geoloji vəziyyət formalaşıb. Soyuq Müharibədən sonrakı status-kvo dəyişib. Bununla bağlı KTMT dəyişikliklər həyata keçirməli və təşkilatın funksionallığını təmin etməlidir”, – Ayvazyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az