Azərbaycanda dini xurafata qarşı mübarizə öz müsbət nəticəsini verir.
Globalinfo.az bildirir ki, dövlət səviyyəsində həyata keçirilən maarifləndirici və qabaqlayıcı tədbirlər nəticəsində artıq Məhərrəmlikdə baş yarmaq, özünü zəncirləmək, qan tökmək, qara bayraq qaldırmaq kimi hallara rast gəlinmir.
MOUZE-nin əldə etdiyi məlumata görə, Neftçala rayonu Kürqarabucaq kənd məscidinin axundu, 1959-cu il təvəllüdlü Mirələm Nəcəf oğlu Məmmədov da 1 ədəd qara bayrağı könüllü olaraq polisə təhvil verib.