“Avroviziya” təmsilçisi vəfat etdi

Finlandiyalı müğənni Ann-Kristin Nyström oktyabrın 8-də 78 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xarici mediaya istinadən verdiyi xəbərə görə, ifaçının ölüm səbəbi açıqlanmayıb. Ann-Kristin 1944-cü ildə Helsinkidə anadan olub və 1962-ci ildə rus xalq melodiyasına əsaslanan ilk sinqlı olan “Lalayka”nı buraxıb.

Dörd il sonra o, Finlandiyanı Lüksemburqda keçirilən “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və onuncu olub.