Avropanın ən böyük akvaparkında güclü yanğın: Xəsarət alanlar var – FOTO

İsveçin ikinci ən böyük şəhəri olan Höteburqda inşa edilən “Oceana” akvaparkında güclü yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın tikinti işləri zaman başlayıb və 13 nəfər xəsarət alıb.

Bildirilir ki, yanğın su attraksionlardan birində, əsas binanın çölündə baş verib, sonra isə binanın daxilinə də keçib. Yayılmış alov partlayışa səbəb olub, nəticədə şüşələr tökülüb, binanın tavanı çöküb.

Qeyd edək ki, Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.