Avropadan Rusiyaya yeni zərbə dalğası gəlir

“Rusiyaya qarşı yeni sanksiyalar dünyadakı bir çox şirkətlərə də aid ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.

O, yeni sanksiyalar siyahısına ümumilikdə 90 şirkətin daxil ediləcəyini bildirib.

Leyen siyahıdakı şirkətlərin bir qisminin Çində qeydiyyata alındığını söyləyib:

“Bu o demək deyil ki, onlar Çin şirkətləridir. Onlar əsasən kağız üzərində fəaliyyət göstərirlər və sahibləri xarici ölkələrdədir. Biz bu məsələdə də dəqiq olacağıq”.

İlkin Həsənov
Globalinfo.az