Avropada təəccüb yaradan xəbər: Kim Çen Inın raketləri Ukrayna ordusunda?

Ukrayna Şimali Koreya istehsalı raketlərdən istifadə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

İddiaya görə, söhbət “Qrad” reaktiv yaylım atəş sistemləri üçün 122 millimetrlik döyüş sursatlarından gedir. Onların əksəriyyəti 1980-1990-cı illərdə istehsal edilib. Onların Ukrayna hərbçilərinin sərəncamına necə keçməsi bəlli deyil.

Ukrayna Müdafiə Nazirliyi iddialara cavab olaraq bildirilib ki, sursat qənimət olaraq ələ keçirilib.

Ayşən Mustafa
Globalinfo.az