Rusiya vətəndaşları ilə bağlı qərar: 15 martdan etibarən…

ai 2

Avropa İttifaqı (Aİ) dörd Rusiya vətəndaşını sanksiya siyahısından çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Rusiyanın idman naziri Mixail Deqtyarev, biznesmen Vyaçeslav Kantor, “EuroChem”in keçmiş rəhbəri Vladimir Raşevski və rusiyalı milyarder Əlişir Usmanovun bacısı Gülbahar İsmayılova siyahıda yer alır. Qərar Aİ-nin fərdi sanksiyalarının son uzadılması (15 mart) çərçivəsində qəbul edilib”, – deyə nəşr yazıb.

Bildirilib ki, Macarıstan sanksiyaların ləğvində israr edib:

“Onlar 9 nəfərin sanksiya siyahısından çıxarılmasını tələb edib, lakin yalnız dörd nəfərlə bağlı kompromis əldə edilib”.

Qeyd edək ki, hazırda Aİ-nin Ukraynadakı vəziyyətlə bağlı qara siyahısına 2414 fiziki və hüquqi şəxs daxildir.

Günay Rəsulqızı
Globalinfo.az