esger

NATO-nun Avropa ölkələri qitədəki amerikalı hərbçilərinin sayının mümkün azaldılmasına hazırlaşmağa başlayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” portalı mənbələrə istinadən məlumat yayıb.

“Liderlər ABŞ qoşunlarının qitədə potensial olaraq çıxarılmasına necə cavab verəcəyi üzərində düşünürlər. Hazırda özəl hazırlıqlar gedir. Belə ki, Avropa ABŞ prezidenti Donald Trampın Asiya və ya Yaxın Şərqə göndərilə biləcək 10-20 minədək əsgəri geri çəkmək niyyətində olduğuna əmindir. Bu gün Avropadakı ABŞ kontingenti təxminən 80 min nəfərdir”, – deyə nəşr yazıb.

Qeyd edək ki, martın əvvəlində ABŞ-ın Avropadan 20 minə qədər hərbçini çıxaracağı bəlli olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: