Avropa İttifaqında bu avtomobillər daha çox satılır – STATİSTİKA

 

Avropa İttifaqında elektriklə işləyən avtomobillərin satışı 37 faiz artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasından məlumat verib.

Məlumata görə, Avropa İttifaqında 2023-cü ildə 10,5 milyon yeni avtomobil satılıb. 2022-ci illə müqayisədə satış artımı 14 faiz təşkil edib. Macarıstan istisna olmaqla bütün Aİ ölkələrində bu artım qeydə alınıb. Yeni avtomobillərin satışı ən çox İtaliya (18,9%), İspaniya (16,7%) və Fransada (16,1%) olub.

Almaniyada bu göstərici cəmi 7,3 faiz təşkil edib. Bu, 2023-cü ilin əvvəlindən hibrid mühərrikli avtomobillərin alınmasına dövlət dəstəyinin dayandırılması ilə bağlıdır. Beləliklə, Almaniyada 2023-cü ilin dekabrında noyabr ayı ilə müqayisədə elektrikli avtomobillərin satışı 47,6 faiz azalıb.

Məlumata görə, keçən il Avropada elektrikli avtomobillərin satışı 37 faiz artaraq 1,54 milyona çatıb. Onların bazar payı 14,6 faiz təşkil edib. Lakin hələ də benzin mühərrikli avtomobillər Avropa İttifaqında populyar olaraq qalır. Onların satışı 10 faiz artaraq 35,3 faiz təşkil edib və bazar payı ilə 3,7 milyona çatıb. İkinci sırada isə hibrid mühərrikli avtomobillər qərarlaşıb. Belə ki, tam hibridlərin satışı 25,8, plug-in hibridlərn satışı isə 7,7 olub.

Dizel mühərrikli avtomobillərin populyarlığı isə azalmaqda davam edir. Buna baxmayaraq Almaniyada dizellə işləyən avtomobillərin satışı dekabrda 10 faiz, illik ifadədə isə 3 faiz artıb. Şərqi Avropa və İtaliyada dizel avtomobilləri hələ də çox populyardır. Elektrik avtomobilləri isə bazarda yalnız kiçik bir yeri tutur.

Əliyar Xəlil,

Globalinfo.az