Hindistan Böyük Britaniyaya ETİRAZ ETDİ: “Bu, qəbuledilməzdir”

Britaniya diplomatının Pakistanın nəzarətində olan Kəşmirə səfəri Hindistan tərəfindən etirazla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Hindistan tərəfi britaniyalı diplomatın Kəşmirə səfərini ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi dəyərləndirib.

Qeyd edək ki, Böyük Britaniyanın Pakistandakı ali komissarı Jane Marriott yanvarın 10-da Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi ilə birlikdə Kəşmirə səfər edib. Hindistanın xarici işlər naziri Vinay Kvatra Pakistana səfər etdiyinə səfərə görə Britaniyanın Ali Komissarına kəskin etiraz bildirib və bunu qəbuleolunmaz addım adlandırıb.

Qeyd edək ki, Pakistan və Hindistan 1947-ci ildən Himalay bölgəsinə görə bir-biri ilə iki müharibə aparıb. Eyni zamanda tərəflər arasında Kəşmirə görə, çoxsaylı toqquşmalar baş verib.

Əliyar Xəlil,

Globalinfo.az