Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqının dövlət və hökumətləri başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər.

Globalinfo.az Azərtac-a istinadla xəbər verir ki, bu, 27 dövlət və hökumət başçısının Avropa parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilər və iqtisadiyyatı müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, – deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.