Screenshot 2025 04 03 203246

Avropa İttifaqı ticarət nazirləri 7 aprel tarixində ABŞ tərəfindən tətbiq edilən rüsumlara cavab tədbirlərini təsdiqləyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şevçoviç məlumat verib.

Şevçoviçin açıqlamasına görə, Aİ-nin cavab tədbirləri ilə bağlı məsləhətləşmələr artıq başa çatıb və aprelin 7-də ticarət nazirləri ilə növbəti addımlar müzakirə ediləcək. Səsvermənin isə iki gün sonra, 9 aprel tarixində keçirilməsi gözlənilir.

Komissar Aİ-nin bu addımlarının ABŞ-ın ötən ay tətbiq etdiyi 26 milyard avro dəyərindəki polad və alüminium ixracı ilə bağlı məhdudiyyətləri tənzimləyən tədbirlərlə əlaqəli olduğunu vurğulayıb. O, həmçinin Aİ-nin yalnız bir bazardan asılı olmadığını və bu vəziyyətdən istifadə edərək dünya üzrə ticarət tərəfdaşlıqlarını daha da şaxələndirəcəyini qeyd edib. Bu addımların Aİ-nin biznesinin böyüməsi və inkişafı üçün zəruri olduğunu bildirib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonun bir çox ölkədən idxal olunan məhsullara, o cümlədən Aİ ölkələrinə qarşı yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: