33c1b0dd bfc5 30b7 860a 1442edb19b1f 850

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında çıxış edən Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, idmançıları Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

6032e563 5008 3436 b252 c91553ee73a0 23e64edd 10d1 3ee8 a5fe 5aa3140a45e6

Paylaş: