Astarada tibb bacısı evində öldürüldü – YENİLƏNİB

Astarada baş verən qətl hadisəsi ilə bağlı DİN açıqlama verib.

Globalinfo.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***17:36

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.