Aşotyan: “Paşinyan ona tapşırılan çirkin missiyanı başa vuran kimi…”

“Rusiyanı regiondan sıxışdırıb çıxarmaq missiyasını başa çatdırana kimi geosiyasi ağaları Nikol Paşinyanı hakimiyyətdə saxlamağa çalışacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan müxalifətçi Armen Aşotyan deyib.

“Nikol heç bir halda geri addım atmayacaq. O, Ermənistanı hissə-hissə təslim etməkdən, dövləti dağıtmaqdan, erməniləri rüsvay etməkdən, xalqı soymaqdan, ordunu parçalamaqdan əl çəkməyəcək. Artıq onun vəzifədə qalması məsələsini xalq deyil, Nikol özü həll edir. Nikol öz çirkin işini başa çatdırana qədər onu hakimiyyətdə saxlamağa çalışacaqlar. Şübhəsiz ki, Paşinyan ona tapşırılan çirkin missiyanı başa vuran kimi öz ağaları tərəfindən uzaqlaşdırılacaq”.

Əliyar Xəlil
Globalinfo.az