arzum 999

Tiktoker İlduzə Hacıyevanın (Arzum 999) yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi son aylarda geniş müzakirə olunur. Onun dövlət rəhbərliyindən bağışlanmasını istəməsi isə xüsusi diqqət çəkir.

Bəs İlduzə Hacıyevanı bağışlamaq olarmı?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, bağışlanma məsələsində zərərçəkmiş tərəfin mövqeyi nəzərə alınır:

“Yəni vəfat etmiş şəxsin hüquqi varisləri və ailə üzvləri təqsirləndirilən şəxsi bağışlaya bilərlər. Bu, onların şəxsi iradəsidir. Prezidentin və ya hər hansı digər dövlət orqanının məsələyə müdaxiləsi isə tamamilə fərqli hüquqi institutdur və zərərçəkmiş tərəfin bağışlamasını əvəz etmir”.

mehman

Mehman Muradlı

Vəkilin sözlərinə görə, hadisənin hüquqi qiymətləndirilməsi zamanı sürət məsələsi də araşdırılır və bununla bağlı yekun nəticəni istintaq və ekspertiza müəyyən edir:

“Lakin “Arzu”mun məsuliyyəti ilə bağlı əsas məqam ondan ibarətdir ki, o, hərəkət istiqamətini dəyişməzdən əvvəl yol hərəkəti təhlükəsizliyini tam təmin etməli idi. Dönmə və ya digər manevrləri həyata keçirməzdən öncə sağ, sol və arxa istiqamətləri diqqətlə yoxlamalı, digər hərəkət iştirakçılarına maneə yaratmadığına əmin olmalı idi. Əgər bu tələblərə əməl edilməyibsə, həmin hal hüquqi məsuliyyətin qiymətləndirilməsi zamanı nəzərə alınır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: