Araqçı İrəvandan Bakıya çağırış etdi: “Ən tez zamanda…”

araqci

“İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dair razılaşmaları alqışlayır, həmçinin iki ölkəni yekun sənədi mümkün qədər tez imzalamağa çağırır”.

Globalinfo.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə  mətbuat konfransında deyib.

O, Tehranın region ölkələrinin ərazi bütövlüyünü dəstəklədiyini bildirib:

“Beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıyıq. Bölgəmizdəki bütün problemlər region daxilində dialoq və diplomatiya yolu ilə, güc tətbiqi olmadan həll edilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az