Aqil Abbas himni dəyişməyi təklif edənlərə sərt cavab verdi

Zaman-zaman ictimaiyyətdə Azərbaycan Respublikasının dövlət himninin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Maraqlıdır, Azərbaycan himninin dəyişdirilməsi zərurəti varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, Azərbaycanın gözəl himni var və dəyişmək absurddur:

“O himn bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilib. Azərbaycan Respublikasının himni dünən yaranmayıb, 100 ildən çoxdur ki, var. Ümumiyyətlə, himni, bayrağı dəyişmək nədir? Tez-tez bu məsələni gündəmə gətirirlər. Hətta bu yaxınlarda bir deputat da belə bir təklif irəli sürmüşdü. Çox gözəl himnimiz var. Dinləyirik, səsləndiririk, eşidən zaman ayağa qalxırıq. Hətta 3 yaşında uşaq da himnimizi əzbər bilir. Niyə dəyişməliyik ki? Boş söhbətdir gündəmə gətirirlər”.

Zaira Akifqızı
Globalinfo.az